Ayətullah Xameneinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır

Ayətullah Xameneinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır

İran son qələbələr münasibəti ilə Azərbaycan xalqını təbrik edir və Dağlıq Qarabağın tam azad olunmasını arzulayır.

Rasthaberin məlumatına görə, bunu İranın dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amili deyib.

S.H.Amilinin sözlərinə görə, işğal olunmuş ərazilərin azad olunması tam şəkildə qanuni və dini tələblərə uyğundur:
“Allahdan 1 milyon qaçqının Qarabağa, öz ərazilərinə qayıtması, Qarabağ cəbhəsində haqq müdafiəçilərinə sağlamlıq və bu qiymətli müdafiənin şəhidlərinə rəhmət diləyirəm”.

Məlumatı Azərbaycanın Trend İnformasiya Agentliyi yayıb.

Xəbəri paylaş

VİDEOLAR