Ayətullah Xameneinin koronavirusa yoluxmuş müşaviri sağalıb

Ayətullah Xameneinin koronavirusa yoluxmuş müşaviri sağalıb

İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin koronavirusa yoluxmuş beynəlxalq məsələlər üzrə müşaviri Əli-Əkbər Vilayəti sağalıb.

Rasthaber Azərbaycan SalamNews-a istinadla xəbər verir ki, bu barədə Əli-Əkbər Vilayətinin yaxınları məlumat veriblər.

Bildirilib ki, Əli-Əkbər Vilayəti artıq koronavirusdan sağalıb və tezliklə işinə qayıdacaq, - İSNA məlumatı yayıb.

Qeyd edək ki, martın 12-də Tehranın Məsih Daneşvəri xəstəxanasından Əli-Əkbər Vilayətinin koronavirusa yolxduğu xəbəri verilmişdi.

Hazırda İranda koronavirusa 38 min yoluxmanın olduğu və bu virusdan 2,640 nəfərin öldüyü bildirilir.

Xəbəri paylaş

VİDEOLAR