12.07.2021 13:43:10
İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei İran-Fələstin Dostluq Təşkilatının sədri Məhəmməd əl Buheysiyə xitabən bir mesaj göndərib
Rasthaber Azərbaycan xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei işğalçı rejimə qarşı 12 günlük müharibədə Fələstin xalqı və müqavimətinin əldə etdiyi zəfərə görə, ona Suriyadakı fələstinli qaçqınların göndərdiyi məktuba görə təşəkkür edib.
İran-Fələstin Dostluq Təşkilatının sədri Məhəmməd əl Buheysiyə xitabən göndərilən mesajda deyilir:
"Qüds Qılıncı Əməliyyatı, Müqavimət Cəbhəsinin yığılan gücünün kiçik təcəllisidir. Qürurlu Fələstin xalqı Əqsa Məscidi və Qüds torpaqlarını qəhrəmanlıqla müdafiə etdi. Bu dəfə, Fələstinin bütün bölgələrindəki xalqların birləşməsi və bütün müqavimət qruplarının təqdirə layiq koordinasiya içində olması, qəsbkar və irqçi sionist rejiminin sabitlik dönəminin bitdiyini və Fələstin torpaqları ilə müqəddəs şəhər olan Qüdsün qurtuluşunun növbəsinin gəldiyini göstərmişdir."