Ayətullah Xamenei bu gün səhər xarici fiqh dərsinin əvvəlində əcnəbi təbliğat aparatlarının xalqın seçkilərdəki iştirakına qarşı iri həcmli və mənfi atmosfer yaratmalarına işarə edib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri İran xalqının böyük seçkilər imtahanında qənaətbəxş şəkildə parlamasına və düşmənlərin hərtərəfli təbliğatları və planlarını nakam qoymasına görə təşəkkür edib.
Ayətullah Xamenei seçkilərlə bağlı deyib: "Düşmənin ölkənin müxtəlif orqanlarına zərbə vurmaq üzrə fitnəsi qarşısında hamı müdafiə üçün ayıq və hazır olmalıdır."
İnqilab rəhbəri seçkilərə qarşı mənfi təbliğata işarə edərək "Bu mənfi təbliğat bir neçə ay bundan öncə başlanıb və seçkilərin yaxınlaşması ilə artıbdır və son iki gündə də bir xəstəlik və virus bəhanəsilə onların mediaları xalqı seçkilərdə iştirak fikrindən daşındırmaq üçün minimum fürsətə belə göz yummadılar.", - deyə əlavə edib.
Ayətullah Xamenei Allah-Təalaya şükr edib, qərəzli təbliğatlara rəğmən, xalqın seçkilərdəki geniş iştirakına görə, öz dərin minnətdarlıqlarını bildirib.
O həzrət düşmənlərin İran xalqı ilə düşmənçiliklərinin xalqın dini və inqilabi inancları, mədəniyyət və iqtisadiyyat meydanları ilə məhdudlaşmadığını qeyd edərək deyib: "Onlar hətta İran xalqının seçkiləri ilə də müxalifdirlər. Xalqın inqilabın xidmətində və din adına seçkilərdə iştirakı fenomeninin bir gerçəklik kimi təsbit olunmasını istəmirlər".
Ayətullah Xamenei islami quruluşda seçkilərin keçirilməsini düşmənlərin dinin azadlıq və demokratiya ilə müxalif olmasına dair iddiasını pozan amil adlandıraraq sözlərinə belə davam edib: "İran İslam Respublikasında seçkilər göstərir ki, din, hərtərəfli bir demokratiyanın mükəmməl bir simvoludur və 41 il ərzində 37 seçkinin keçirilməsi islami quruluşun demokratiyaya bənzərsiz ciddi-cəhdini göstərir."
İslam İnqilabının Rəhbəri hamını düşməni tanımağa və onun qarşısında sayıq olmağa çağırıb: "Düşmən cəbhəsindən İranın müxtəlif məsələlərinə qarşı minlərlə nəfərin fəaliyyəti qarşısında İran xalqının cəbhəsində milyonlarla nəfər, xalq üçün mümkün olan müxtəlif işlər, təbliğat məsələlərində qarşılıqlı hücum, zərbə və müdafiəyə hazır olmalıdır".