Ayətullah Xameneidən nüvə aliminin qətlə yetirilməsilə bağlı açıqlama

Ayətullah Xameneidən nüvə aliminin qətlə yetirilməsilə bağlı açıqlama

Rasthaber Azərbaycan İran mediasına istinadla açıqlamanı təqdim edir:

"Ölkənin qabaqcıl və görkəmli nüvə və müdafiə alimi cənab Möhsün Fəxrizadə cinayətkar və amansız muzdlular tərəfindən şəhid edildi. Bu bənzərsiz elmi şəxsiyyət böyük və davamlı elmi səylərinə görə, əziz və qiymətli canını Allah yolunda fəda etdi. Bu səbəblə ali şəhidlik məqamı onun ilahi mükafatıdır.
İki vacib məsələ bütün səlahiyyətlilərin gündəmində ciddi şəkildə olmalıdır. Birincisi, bu cinayətin təqibi və cinayətkarların və cinayət əmrini verənlərin qəti şəkildə cəzalandırılması. İkincisi, şəhidin məşğul olduğu bütün sahələrdə elmi və texniki səylərin göstərilməsidir.
Möhtərəm ailəsini və ölkənin elmi ictimaiyyətini və müxtəlif sahələrdəki həmkarlarını və tələbələrini bu şəhadət münasibətiylə təbrik və başsağlığı verir, və Allahdan onun məqamını uca etməsini diləyirəm."

Xəbəri paylaş

VİDEOLAR