Ayətullah Xameneidən İsrailin hücumundan sonra ilk AÇIQLAMA

Ayətullah Xameneidən İsrailin hücumundan sonra ilk AÇIQLAMA

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu səhər İsrailin İrana qarşı həyata keçirdiyi hücumdan sonra xalqa müraciət edib

Rasthaber Azərbaycan xəbər verilir ki, mesajın mətnində aşağıdakı fikirlər yer alıb:

Böyük İran xalqı!
Sionist rejim bu gün sübh çağı qanlı əlləri ilə ölkəmizdə ağır bir cinayətə imza atdı və hər zamankından daha çox yaşayış məntəqələrini hədəfə alaraq öz mənfur mahiyyətini bir daha göstərdi. Bu rejim ağır bir cəza ilə üz-üzə qalmalıdır.

İslam Respublikasının silahlı qüvvələrinin güclü əli, Allahın izni ilə, daim var olacaq.

Düşmənin hücumlarında bir sıra komandanlar və alimlər şəhid olub. Onların yerinə isə, Allahın izni ilə, sadiq davamçıları və həmkarları keçəcək və yollarını davam etdirəcəklər.

Sionist rejim bu cinayətlə özü üçün ağrılı və iztirab dolu bir tale hazırlayıb və şübhəsiz ki, o taleyi yaşayacaq.”

Xəbəri paylaş

VİDEOLAR