İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei 26 aprel 2025-ci ildə İranın cənubundakı Bəndər Abbas limanında baş verən partlayışla bağlı mesaj verib.
Az.rasthaber.com xəbər verir ki, mesajda deyilir: “Şəhid Recai Limanında baş verən faciəvi hadisə böyük kədər və narahatlıq doğurdu.
Polis və ədliyyə orqanları hadisəni hərtərəfli araşdırıb izləməli, bunun qəsdən, yoxsa səhlənkarlıqdan baş verdiyini aydınlaşdırmalıdır.
Bütün orqanlar faciəli və dağıdıcı hadisələrin qarşısını almaq üçün özlərini məsuliyyət daşımalıdırlar.
Bu faciəli hadisədə həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı və səbr, yaralananlara isə tezliklə şəfa diləyirəm. Ehtiyac anında yaralılara qan verən insanlara ürəkdən təşəkkür edirəm”.