İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayətullah Xamenei ordu rəsmilərilə görüşüb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayətullah Xamenei bu gün səhər İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələri, həmçinin Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanları və işçiləri ilə görüşüb.
Görüş zamanı ordunun gücünün önəmindən danışan İnqilab lideri deyib: "Zəif olmaq düşməni hərəkətə keçməyə təşviq edəcək. Biz heç bir ölkə və xalqı təhdid etmirik, biz ölkənin təhlükəsizliyinin qorunması və təhdidin qarşısının alınmasına görə güclü olmalıyıq."
İnqilab Rəhbəri Silahlı Qüvvələrdə inkişafın önəmindən danışaraq "Əgər Amerikanın qabaqkı prezidentləri bu rejimin şeytani yolunu çətirlər altında izləyirdilərsə, bu gün amerikalıların başqalarının imkanlarına tamahkarlıqları, fitnəkarlıqları, militarizmi və yoldan azdırmaları açıq-aşkardır və İran xalqının düşmənlərinin bu yanlış yolu mütləq şəkildə uğursuzluğa məhkumdur.", -deyə bildirib.
O Amerikanın İrana qarşı sanksiyalarına işarə edərək sözlərinə bekə davam edib: "Təhididlər fürsətə çevriləcək və cinayətkar bir hərəkət olan sanksiya ölkənin neftə tabeliyindən xilas olması və bir çox problemin həll edilməsi amili ola bilər. Əlbəttə, Amerikanın hakim dairələrindəki bəzi sayıq şəxslər bu məsələni dərk edirlər. Onlar deyirlər ki, İrana neftsiz iqtisadiyyatı sınaqdan keçirmək imkanı verməməliyik və buna görə, bir yolu açıq qoymalıyıq ki, İran iqtisadiyyatı bütövlükdə neft pulundan ayrılmasın. Buna görə də, İranın məsul şəxsləri, xüsusən iqtisadi rəsmiləri bu sahədə sayıq olmalıdırlar."