Xuzistan vilayətində quraqlıq, su çatışmazlığı və həddindən artıq istilər ölkənin bu geniş bölgəsinin əhalisini bir çox problemlə üzləşdirib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei “Kovo İran Bərəkət” vaksininin ikinci dozasını vurdurduqdan sonra Xuzistan əhalisinin problemlərinə toxunub. O bildirib ki, son günlər doğrudan da ağrılı nigarançılıqlardan biri, Xuzistanın su məsələsi və əhalinin problemləri olub.
İslam İnqilabının Rəhbəri hökumət və qeyri-hökumət orqanlarının qarşılarına vəzifə qoyub ki, bu vilayət əhalisinin məsələ və problemlərinə baxılmasını ciddi surətdə izləsinlər.
İranın böyük bir hissəsi iqlim və coğrafi koordinatlara əsasən, su mənbələri çatışmazlığına və az yağıntılılığa düçardır. Bu problem bu ilin də hesab olunduğu quraqlıq dövrlərində daha da kəskinləşir.
İslam İnqilabının Rəhbəri həmçinin iranlı alim və tədqiqatçıların daxili peyvənd istehsalındakı zəhmətləri xüsusiyyət təşkil etməklə koronavirus xəstəliyi ilə mübarizədə səhiyyə məcmuələrinin mübarizə və zəhmətlərini yüksək dəyərləndirib. O koronavirus pandemiyasının dayanmasınadək səhiyyə protokollarına tam riayətin davam etdirilməsi vacibliyini vurğulayıb.