Ayətullah Xamenei: Tələbimiz sanksiyaların ləğvidir

Ayətullah Xamenei: Tələbimiz sanksiyaların ləğvidir

ABŞ-ın Hərtərəfəli Birgə Fəaliyyət Planına (HBFP) geri qayıdıb-qayıtmayacağı İran üçün mühüm deyil, əhəmiyyət kəsb edən məsələ sanksiyaların ləğvidir.

Rasthaber Azərbaycan xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Xamenei bəyan edib.

“Biz (ABŞ-ın) HBFP-a geri qayıtmasına təkid etmirik, bununla bağlı tələsmirik. ABŞ-ın HBFP-a qayıdıb-qayıtmaması bizim işimiz deyil. Tələbimiz sanksiyaların ləğvidir. Bu, İran xalqının əldə etdiyi haqqıdır”, – deyə o bildirib.

Ayətullah Xamenei əlavə edib ki, Vaşinqtonun nüvə sazişinə qayıtması yalnız sanksiyaların ləğvi halında məna kəsb edəcək.

Onun sözlərinə görə, ABŞ və Avropa ölkələri bu hüququ İrana təmin etməyə məcburdurlar. Tərəflər nüvə sazişinin müddəalarına riayət etməkdikdə isə Tehran üçün öz öhdəliklərini yerinə yetirməyin mənası yoxdur.

İranın Ali lideri bir daha vurğulayıb ki, sazişin digər iştirakçı ölkələri öz öhdəliklərinə əməl edən kimi İran da öz öhdəliklərinin icrasına geri dönəcək.

Xəbəri paylaş

VİDEOLAR