İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Sistan-Bəluçistan əyalətində tanınmış sünni din alimi Əbdühvahid Rigiyə qarşı sui-qəsdlə bağlı bəyanat verib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İran İnqilabının Ali lideri Sistan-Bəluçistan əyalətinin Xaş rayonunun tanınmış din alimi Mövləvi Əbdülvahid Rigini oğurlayaraq, qətlə yetirənlərin tez bir zamanında və ciddi şəkildə cəzalandırılmasını istəyib.
O həmçinin din aliminin ölümü ilə bağlı başsağlığı verib.
“Bu cinayəti törədən qaraüzlü, muzdur bədxahlardır ki, İran xalqlarının, xüsusilə də bəluç soydaşların xoşbəxtliyi və birliyinə düşmən kəsilənlərin xidmətində durublar. Məsuliyyət daşıyan qurumların vəzifəsi cinayətkarları təqib etmək, onları tez bir zamanda və ciddi şəkildə cəzalandırmaqdır”, deyə başsağlığı bəyanatında əlavə edilib.