İslam İnqilabının Rəhbəri məsul şəxslərin İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin problemlərini həll etmələrini istəyib
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, İslam İnqilabının Lideri Ayətullah Xamenei bu barədə danışıb.
"Xuzistanın problemlərini həll etmək məsul şəxslərin vəzifəsidir və əgər bir kəs xalqın fikrində olarsa, Xuzistanın çətin problemləri qarşısında rahat qala bilməz və xalqın fikrində olmaq, hökumətlərin qəti, təcili və həmişəlik vəzifəsidir.", -deyə Ayətullah Xamenei bildirib.
Qeyd edək ki, quraqlıq və həddən artıq istilər Xuzistan vilayətini problemlər, o sıradan su çatışmazlığı ilə üzləşdirib.