İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Rəhbərlik Xobreqanı Məclisinə ilk ara seçkiləri Tehran vaxtı ilə bu gün səhər saat 8-də başlayıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei seçkinin ilk saatında seçki məntəqəsində səs verib.
Orada çıxış edən Ayətullah deyib: "Seçkilər günü milli şənlik günüdür. Bu şənlik münasibətilə bütün ölkədəki əzizlərimizi təbrik edirəm. İkincisi, bu gün, xalqın vətəndaş haqqının reallaşması günüdür. Üçüncüsü, şəri bir borcdur. Həqiqət budur ki, seçkilər ölkənin milli maraqlarına zəmanət verir. Ölkənin milli mənafeyinə maraq göstərənlər seçkilərdə iştirak etməlidirlər."
İslam İnqilabının rəhbəri daha sonra "Mənim tövsiyəm budur ki, əvvələn, hamı ciddi-cəhdlə hərəkət etsin və gəlib, qənaətə gələrək, nəzərdə tutduğu şəxslərə səs versin və bu işi tez bir zamanda görsün ki, bu, bizim həmişəki tövsiyəmizdir.", -deyə əlavə edib.
Sözlərinin davamında Ayətullah Xamenei deyib: "Allah-Taaladan istəyirik ki, İran xalqına uğur və xeyir versin. Öz mərhəməti və bərəkətini bu xalqa göndərsin və seçkiləri bu ölkə üçün xeyir və bərəkət mənbəri qərar versin."