Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani Ayətullah Xamenei ilə görüşüb. Görüşdə Qətər Əmiri Təmim İran prezidenti İbrahim Rəisinin şəhadəti ilə bağlı hökuməti və xalqı adından başsağlığı verib.
Görüşdə Qətərin xarici işlər naziri və onu müşayiət edən nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyəti İmam Xameneiyə başsağlığı verərək, Qətərin bu ağrılı hadisə qarşısında İranın yanında olduğunu vurğulayıb.
Qətər əmiri bəyan edib ki, İranla əməkdaşlıq davam edəcək və hər iki ölkə regionun sabitliyi üçün çalışacaq. Ayətullah Xamenei Qətərin dəstəyinə görə minnətdarlığını bildirib və iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyini bildirib.