İslam İnqilabının Rəhbəri bu gün günortadan öncə İran vaksini- “Kovo İran Bərəkət”in ikinci dozasını vurdurub
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün günortadan öncə İran vaksini- “Kovo İran Bərəkət”in ikinci dozasını vurdurub.
O iyunun 25-də bu vaksinin birinci dozasını vurdurmuşdu.
Qeyd edək ki, “Kovo İran Bərəkət” vaksini gənc iranlı alim və tədqiqatçıların səylərinin məhsuludur, həmçinin İran dünyada koronavirus vaksini istehsal edən altı ölkədən biridir.