İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün İran parlamentinin Baş Assambleyasında keçirilən səsvermədən sonra millət vəkillərini qəbul edib.
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, İnqilab Rəhbəri Ayətullah Xamenei Xürrəmşəhr şəhərinin devrilmiş Səddam rejiminin işğalından azad edilməsinin ildönümünə işarə edərək, bu şəhərin azad edilməsini acı bərabərlikdən şirinliyə keçid kimi qiymətləndirib.
İran xalqının Xürrəmşəhrin azadlığı ilə xilas olduğunu bildirən Ayətullah Xamenei deyib:
"Bu milli qurtuluşun səbəbi nə idi? Xürrəmşəhrin azad edilməsi və ondan əvvəlki hadisələr nəyin nəticəsində oldu? Cihad, fədakarlıq, qətiyyət və əzm".
Ayətullah Xamenei daha sonra millət vəkillərinə xitabən deyib:
"Bu, yalnız o dövrə və o hadisəyə xas deyildi. Siz Allah yolunda cihad, səy və əzmlə ölkənin üzləşdiyi daxili və xarici problemlərin öhdəsindən gələ bilərsiniz".