Bu gün İranın Ali dini Rəhbəri ölkənin hər yerindən qadınların iştirak etdiyi çıxışında deyib: Amerika və sionist rejim və onların bəzi müttəfiqlərinin müqavimətin sona çatması fikri tamamilə yanlışdır. Kökü kəsiləcək olan İsraildir.
Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün səhər saatlarında həzrət Fatimə Zəhranın (ə) mövludu və Qadınlar Günü münasibətilə keçirilən mərasimdə sionist rejimin Suriyadakı hərəkətlərinə toxunaraq deyib: “Sionist rejim öz xəyalında Suriya vasitəsilə Hizbullahı mühasirəyə almağa hazırlaşdığını düşünür, halbuki kökü kəsiləcək olan İsraildir.”
Ali Məqamlı Rəhbər müqavimət cəbhəsinin zəifləməsi ilə bağlı düşmən cəbhəsinin təsəvvürlərinə toxunaraq deyib: “Amerika və sionist rejim və onların bəzi müttəfiqlərinin müqavimətin bitdiyi fikri tamamilə yanlışdır.”
Seyid Həsən Nəsrullah və Sinvarın bədəni getdi, lakin onların düşüncələri qalır və yolları davam edir. Qəzzəyə hər gün hücum edilir, şəhidlər verilir. Bununla belə, onlar hələ də dayanıblar və müqavimət göstərirlər, Livan müqavimət göstərir” - deyə həzrət Ayətullah Xamenei əlavə edib.
İslamın xüsusiyyətlərindən biri qadın və kişi arasındakı ictimai mülahizə və məhdudiyyətlərdir - Hətta Qərbdə də bu laqeydlik yenidir və heç bir tarixi kökü yoxdur
İslam İnqilabının Rəhbəri çıxışının digər hissəsində bildirib: “İctimai ünsiyyət baxımından kişilərin və qadınların məhdudiyyətləri var. Bu, İslamın söykəndiyi xüsusiyyətlərdən biridir.
Bu gün Qərbdə mövcud olan bu laqeydliklər heç də həmişə olmayıb, bunlar yenidir. Demək olar ki, insan iki əsr, üç əsr bundan əvvələ 18-ci əsrə, 19-cu əsrə aid bəzi kitabları, bəzi romanları oxuyanda orada Avropa qadınının xüsusiyyətini müşahidə etdikdə görür ki, bir çox mülahizələr var, lakin bu gün qərblilər arasında o mülahizələr yoxdur.
İslam bu mülahizələrə əsaslanır. Hicab məsələsi, iffət məsələsi, baxmaq məsələsi; İslam bunlara söykənir.”
İslam İnqilabının Ali Rəhbəri sonra deyib: “Dünyanın hər yerində hər bir icma eyni motivasiya və istiqamət ilə qadın məsələsini müzakirə edir və ondan söz açır. Qadın məsələsində həm dünya kapitalistləri, həm də dünya siyasətçiləri – həmin kapitalistlərə söykənən eyni siyasətçilər – bütün həyat tərzi məsələlərində olduğu kimi müdaxilə edirlər.
Motivasiya nədir? Motivasiya siyasi və müstəmləkəçilik manipulyasiyasıdır. Onlar gələcək müdaxilə, daha əvvəl müdaxilə, öz təsir dairələrinin daha da genişləndirilməsi istiqamətində müqəddimə və örtük olmaq məqsədilə daxil olurlar. Əslində bu faktiki cinayət motivini, fəsad motivini fəlsəfi görünüş altında, nəzəri görünüş altında, humanitar görünüş altında gizlədirlər. Bu, hazırda dünyaya hakim olan Qərb kapitalistlərinin vicdansızlığıdır.
Məsələn, təxminən bir əsr əvvəl qadınların azadlığı və maliyyə müstəqilliyi məsələsini qaldırmışdılar. Yaxşı görünürdü, qadının maddi müstəqilliyi və ya azadlığı olsun. Amma həqiqəti nə idi, həqiqət o idi ki, onların fabriklərinə işçi lazım idi, kişi işçilər kifayət qədər deyildi, qadınları kişilərdən daha aşağı əmək haqqı ilə işə cəlb etmək istəyirdilər. Bunu qadının maddi müstəqilliyi olduğu üçün evdən çıxmaq azadlığı da var kimi görünüşün, humanitar örtünün altında gizlədilər.”