İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei sionist İsrailə raket hücumu ilə bağlı ilk bəyanatında daha ağır zərbələr endiriləcəyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xamenei qatil İsrailə hücumla bağlı sosial şəbəkədə açıqlama verib.
İmam Xamenei açıqlamasında deyib: Allahın izni ilə müqavimət cəbhəsinin zərbələri sionist rejimin köhnəlmiş və çürümüş cənazəsinə daha güclü və ağrılı olacaq.
İran prezidenti Məsud Pezeşkian İranın raket hücumu ilə bağlı deyib:
“Biz İran və regionun sülh və təhlükəsizliyi üçün qanuni hüququmuzdan istifadə etməklə sionist rejimin qırğınlarına qəti cavab verdik. Bu İran xalqını və onun maraqlarını qorumaq üçün həyata keçirilib."
Pezeşkian bildirib:
"Netanyahu bilməlidir ki, İran müharibəyə can atmır, ancaq təhdidlərə qarşı möhkəm dayanacaq. Bu, edə biləcəyimiz işlərin yalnız bir hissəsidir. İranla münaqişəyə girməyin".