Ayətullah Xamenei İranda baş verən son hadisələr barədə

Ayətullah Xamenei İranda baş verən son hadisələr barədə

“Mən məsələni görən biri kimi, düşmənin bu iğtişaşlarda mühəndislik və planlamasına afərin dedim. Onlar hər şeyi öz yerində və öz əndazəsində etmişdilər. Bir sıra ölkələrdə kara gələn bu plana baxmayaraq, burada müvəffəq olmadılar. Çünki hesablamalarında səhvə yol verdilər.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran İnqilabının Ali lideri Ayətullah Xamenei bu günkü çıxışında deyib.

Ayətullah Xamenei son zamanlarda İranda baş qaldıran etirazlar və həyata keçirilən iğtişaşlar bağlı danışıb.

O, bildirib ki, qarşı tərəfin planı yaxşı olsa da hesablaması səhb olub.

“Onlar elə bilirdilər İran xalqı mövcud iqtisadi problemlərə görə təxribat və separatçılıq çağırışlarına gedəcək. Ümid edirdilər ki, müxtəlif iftira və söyüşlə ölkə rəsmilərini qıcıqlandıra, özlərindən çıxara və səhnədən sıxışdırıb çıxara bilərlər. Xəyalları bu idi ki, vəsvəsə və hay-küylə ölkənin ali rəsmiləri arasında ixtilaf yarada biləcəklər. Xəyalları bu idi ki, Amerikanın muzduru olmuş bir ölkənin neft pulu ilə İslam Respublikasının iradəsinə mənfi təsir göstərəcəklər. Xəyalları bu idi ki, sığınacaq almaq qarşısında özünü satmış bir neçə ünsürün təşviqlərilə gəncləri ümidsizliyə düçar edə bilərlər. Onlar səhvə yol verdilər. Kimsə onlara diqqət yetirmədi.”, deyə Ayətullah Xamenei bildirib.

Ayətullah Xamenei çıxışınını bir hissəsində qeyd edib ki, hadisələrin bitməsini düşünməməli, məğrur olmamalı və gözdə-qulaqda olmalıyıq.

Xəbəri paylaş

VİDEOLAR