Ayətullah Xamenei İmam Əlidən sitat gətirdi: Möminlər bir-birilərinə kömək etməkdən əl çəkərlərsə...

Ayətullah Xamenei İmam Əlidən sitat gətirdi: Möminlər bir-birilərinə kömək etməkdən əl çəkərlərsə...

Ayətullah Xamenei dövlət həftəsi münasibətilə ölkə prezidenti və İranın nazirlər kabinetinin üzvlərilə videokonfrans keçirib.

İslam İnqilabının  Ayətullah Xamenei bu gün səhər dövlət həftəsi münasibətilə ölkə prezidenti və İranın nazirlər kabinetinin üzvlərilə videokonfrans keçirib.

Rasthaber İran mediasına istinadən xəbər verir ki, görüş zamanı  o deyib: "Belə nəzərdə tutmaq lazımdır ki, sanksiyalar misal üçün, daha on il davam edəcək. Buna görə, daxili qabiliyyət və imkanlar üzərində təmərküzləşmək lazımdır və ölkənin iqtisadi məsələləri xarici hadisələrə görə, təxirə salınmamalıdır."

İslam İnqilabının Rəhbəri sonra ölkənin bütün rəsmiləri və məsul şəxslərinə xitabən "İslami quruluşda xidmət göstərmək ikiqat dəyərə malikdir ki, onun qədrini bilməlisiniz, zira İslam Respublikasında xidmət göstərmək, cəmiyyətin idarə olunması və cəmiyyətin qurulması üçün İslam meyarından bir təqdimata köməkdir. Buna görə, ikiqat əhəmiyyətə malikdir.", -deyə bildirib.

Ayətullah Xamenei həmçinin müxtəlif insan cərəyanlarının cəmiyyətin idarə olunması sahəsindəki uğursuzluqlarına işarə edərək, Amerikanı doğrudan da məğlub olmuş bir meyar adlandırıb.

"Sağlamlıq, ədalət və təhlükəsizlik kimi insani dəyərlər hər yerdən daha çox Amerikada tapdanır. Bundan əlavə, daxili və idarəçilik problemləri, qətl, militarizm və əmin-amansızlığın yaradılması bu gün Suriya, Fələstin və Yəməndə, keçmişdə də İraq, Əfqanıstan və Vyetnam və Xirosima kimi bölgələrdə amerikalıların rəvac tapmış işlərindəndir.", -deyə Ayətullah Xamenei əlavə edib.

İslam İnqilabının Rəhbəri Amerikanın təhqir olmasına səbəb olan şəxslərin bu ölkənin başında durmalarını qərbyönlülərin tənəzzül etməkdə olan utopiyalarının və insani meyarların məğlubiyyətinin digər bir nişanəsi adlandıraraq deyib: "İslamın cəmiyyətin qurulması və quruluşun yaradılması üzrə müstəqil meyarı "iman, elm və ədalət" kimi üç əsasa söykənir."

AyətullahulXamenei öz çıxışının yekun hissəsində Əmirəlmöminin Əli(ə)-ın "Əgər möminlər bir-birilərinə kömək etməkdən əl çəkərlərsə, məğlub olarlar" cümləsinə işarə edərək  "Bu, bəşəriyyət üçün və bütün möminlər üçün bir dərsdir və bu gün düşmənin daim plan cızmaqda olduğu zamanda onun qarşısında plan və proqrama malik olmaq lazımdır.", -deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR