Ayətullah Xamenei Həzrət Zeynəbi-Kübranın (s.ə) viladəti günü münasibətilə çıxış edib

Ayətullah Xamenei Həzrət Zeynəbi-Kübranın (s.ə) viladəti günü münasibətilə çıxış edib

İran İslam İnqilabının rəhbəri bu gün səhər televiziya vasitəsilə canlı yayımla çıxış edib

İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei bu gün (bazar günü) səhər televiziya vasitəsilə birbaşa yayımlanan çıxışı zamanı bütün tibb bacılarını Həzrət Zeynəbi-Kübranın (s.ə) viladəti və “Tibb bacısı” günü münasibətilə təbrik edib. 

Rasthaber Azərbaycan xəbər verir ki, o çıxışı zamanı tibb bacısının xəstənin şəfqət mələyi olduğunu deyərək “Bizim əziz tibb bacıları korona dövründə, şəraitin adi haldakından daha ağır və narahatedici olduğu bir vaxtda böyük bir işə imza ataraq, həqiqətən, heyrət doğuran səhnələr və fəaliyyətlər nümayiş etdirdilər”, -qeyd edib.

Ayətullah Xamenei pandemiya şəraitində tibb bacısı işləyən əzizlərini itirmiş dəyərli ailələrə başsağlığı diləyərk tibb bacısının xəstənin fiziki sağlamlığı və psixoloji rahatlığında oynadığı rolu böyük adlandırıb.

“Xəstənin cisminin sağalmasında tibb bacısı həkimlə ortaq və onun yardımçısıdır. Həkim nə qədər peşəkar və bacarıqlı olsa da, tibb bacısı olmadan cismin sağalması problemlə qarşılaşa bilər”, - deyə Ayətullah Xamenei əlavə edib.

İslam İnqilabının Rəhbəri çıxışının davamında tibb bacılarının zəhmətləri və fədakarlıqları müqabilində məsul şəxslərin üzərinə düşən vəzifələrdən danışıb: “Mənə məruzə edilən və yerinə yetirilməsi zəruri olan işlərdən biri tibb bacılarının xidmət tarifləri qanununun icrasıdır. Bu qanunun təsdiqinin üzərindən uzun zaman keçməsinə baxmayaraq, hələ də icra edilməmişdir”.

Ayətullah Xamenei sonra deyib: “Tibb bacılarının işə götürülməsi zəruri və çox yaxşı işlərdən biridir. Bu iş ciddi nəzarətə götürülməli və tibb bacılarının vəziyyəti elə olmalıdır ki, arxayınlıqla öz işləri ilə məşğul olmalı və ailələri də onların vəziyyətindən arxayın olmalıdırlar”.

Xəbəri paylaş

VİDEOLAR