Əhalinin iştirakı olmadan keçirilən bu mərasimdə höccətulislam Həmid Kaşani çıxış edib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, gün İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadəti gününün əzadarlıq mərasimi keçirilib.
Səhiyyə qaydalarına riayətə görə, əhalinin iştirakı olmadan keçirilən bu mərasimdə höccətulislam Həmid Kaşani öz çıxışında Nəbəvi və Ələvi xüsusiyyətlərindən bəzi cəhətləri bəyan edib. O, hesablamalarda ilahi yardıma diqqəti və Allah yolunda mübarizədən yorulmamağı aqilliyin iki mühüm detalı adlandıraraq deyib: "Düşmən qarşısında mütləq var güc və bacarıqla mübarizəyə qalxmaq gərəkdir. İslam tarixi göstərir ki, müsəlmanlar sırf olaraq maddi səbəblərə söykənərkən və ona görə məğrur olarkən nəticə uğursuzluqla müşayiət olunur."
Mərasimdə həmçinin Əhli-Beyt(ə) məddahı müsibəti zikr edərək, növhəxanlıq edibdir.