İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei televiziya vasitəsilə çıxış edib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei televiziya vasitəsilə canlı müraciətdə Allah-taaladan korona bəlasını çox tez bir zamanda İran xalqı və bəşəriyyətin üzərindən götürməsini diləyib.
Bütün gigyenik göstərişlərə əməl edilməsinin zəruriliyini vurğulayan Ali Rəhbər sonuncu peyğəmbərin mübarək besətinin həqiqətlərinə əsaslanan reseptini tarix boyu bəşəriyyət üçün xilasedici bir resept olduğunu deyib: “Besət həqiqətlərinə, xüsusilə səbr və dözüm gerçəyinə əməl etmək əziz İranın şərafətli əhalisinin inkişaf və qüdrətin yüksək zirvəsinə çatması üçün yeganə yoldur”.
İslam İnqilabının Rəhbəri qeyd edib ki, hər il ilin ilk günü onun Həzrət Əli ibn Musa əl-Rzanın (ə) pak hərəmində ümumi çıxışı olurdu: “Bu il xalqla görüş və İmam Rzanın (ə) hərəminə getməkdən məhrum olduq. Ancaq qəlblərimiz həmişəki kimi mehriban imamın xatirəsinə munisdir”.
Ayətullah Xamenei İslamın dəyər sisteminin, o cümlədən fərdi və sosial dəyərlər sistemi, azadlıq, sosial ədalət və həyat tərzinin Əziz İslam Peyğəmbərinin peyğəmbərliyə seçilməsinin həqiqətlərinin digər mühüm hissəsi olduğunu deyərək “Xalqın bütün fərdləri və insan cəmiyyətləri bu dəyərlərə əməl etdikləri təqdirdə həyatın həqiqi və şirin mənasını dərk edəcəklər”, - qeyd edib.
“Bəziləri güman edir ki, azadlıq və sosal ədalət anlayışları Qərbdən gəlir. Ancaq Qərb üç-dörd əsirdir ki, bu anlayışlarla tanışdır. Halbuki İslam 1400 il bundan qabaq bu anlayışları bəşəriyyətə ərməğan etmiş, qərblilərin ədalətsiz davranışlarından fərqli olaraq İsalmın ilk günündən və mümkün olan hər yerdə onları reallaşdırıb”, -deyə İslam İnqilabı lideri əlavə edib.
O bildiribki, İslam hökmləri, yəni sosial və fərdi zəmindəki olmalılar və olmamalılar sistemi besət həqiqətlərinin digər bir hissəsidir: “Bu hökmlər İslam maarifindən qaynaqlanır, dəyərlərə uyğundur və insanın yüksəlişinə kömək edir”.
İslam İnqilabının Rəhbəri vurğulayıb ki, səbir və dözümlülük ağıl, tədbir və məşvərətlə müşayiət olunarsa, qələbə qəti olacaq: “Qətiyyətlə deyirəm ki, İran xalqı səbirli xalqdır. Xalq bu qırx ildə öz səbir və dözümlülüyünü göstərmişdir. Baxmayaraq ki, rəhbər şəxslər və ya ziyalınümalar bəzən səbirsizlik edərək, hətta düşmənlərlə əməkdaşlıq etmək sərhədlərinə qədər irəliləmişlər”.
“Bu səbirsiz adamların əks qütbündə mədəni, elmi, texnoloji, siyasi, problemlərin beynəlxalq səviyyəli dərki kimi müxtəlif sahələrdə çalışan və sayları da günbəgün artmaqda olan çoxsaylı mömin gənclər dayanır”, -deyə o əlavə edib.
Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Səbir etmək təslim olmaq deyil, zəifləməmək və tərəddüdə düşməmək, şücaət və tədbirlə düşmənin qarşısını alıb onu məğlub etməkdir”.
İslam İnqilabının Rəhbəri ölkənin güclənməsinin zəruriliyi ilə bağlı son fikirlərinə işarə edərək bunun müdafiə və hərbi sahədən daha üstün olduğunu dedi: “Güclənmə iqtisadi, elmi, mədəni, siyasi və təbliğat aspektlərindən güclənməni ehtiva edir”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, güclənmək müəyyən vasitələrə ehtiyac var: “Bu vasitələrdən biri ölkə əhalisinin gənclər çoxluğunu qorumaqdır. Bu cəhətdən də son illər bu məsələ dəfələrlə vurğulanmışdır”.
O qeyd etdi ki, virtual məkanda güc və üstünlük, səhiyyə və müalicə sahəsində inkişaf və üstünlük (əlbəttə, bu sahədə çoxlu sayda işlər və elmi tədqiqatlar həyata keçirilmişdir) güclənməyə aid olan vasitələrdəndir: “İstehsal sıçrayışı güclənmə vasitələrindəndir. Əlbəttə, qaçaqçılıq və düşünülməmiş idxalatla mübarizə, istehsalçılara stimullar verilməsi və dövlət yardımlarından sui-istifadələrə qarşı hüquqi mübarizə məsələləri ilə bağlı zəruri göstərişlər var. Qeyd olunan işlər bu il həyata keçirilməlidir”.
Ayətullah Xamenei dünyanı bürümüş korona epidemiyasına da işarə edərək dedi: “Demək olar ki, dünyanın bütün ölkələrinə yayılmış bu virus, bəzi ölkələrin xəstəlik və tələfatlarla bağlı həqiqətləri deyib, bəzilərinin gizlətməsi Quranın qorxu, iqtisadi problemlər və canların tələf olması bəlasından bəhs edən bir ayəsinin nümunəsidir. Ancaq Allah-taala bu bəla qarşısında da səbri tövsiyə edir”.
“Səbir deyilərkən burada işləri düzgün və ağılla görmək, yəni insanların özləri və ölkə əhalisinin canını qorumaq, bu təhlükəli xəstəliyi nəzarətdə saxlamaq üçün əlaqədər qurumların göstəriş və tövsiyələrinə əməl etməsi nəzərdə tutulur”, -deyə o əlavə edib.
İslam İnqilabının Rəhbəri ABŞ rəsmilərinin, İran istəyəcəyi təqdirdə dərman və müalicə pereparatlarını göndərəcəkləri ilə bağlı bir neçə dəfə verdikləri açıqlamalara işarə edərək “Amerikalılar da çox qəribə danışırlar. Çünki birincisi, özlərinin xəstəliyin qarşısını almaq üçün qabaqlayıcı təchizat və dərman pereparatları sahəsində çatımazlıqları var. Onların bəzi məsul şəxsləri bu dəhşətli çatışmazlığın olduğunu açıq şəkildə qeyd edirlər. Buna görə də əgər imkanları varsa, öz camaatlarına kömək etsinlər”, -deyə qeyd edib.
Ayətullah Xamenei sonra deyib: “İkincisi, Amerikalılar özləri bu virusu yaratmaqda ititham edildikləri halda, hansı ağıllı insan bu ölkənin yardımını qəbul edər?Amerikalılara heç inam yoxdur. Çünki elə dərmanlar göndərərlər ki, virusu İranda ya daha da çox yayar, ya da daha qalıcı edər. Hətta müalicə həkimləri adı altında elə adamlar göndərərlər ki, deyilənə görə, bir hissəsi xüsusilə yalnız İran üçün düzəldilmiş bu virusun təsirinin necə olduğunu öyrənib məlumatlarını təkmiləşədirər və düşmənçiliklərini daha da artırarlar. Amerikalıların sözləri qəbuledilməzdir”.
O, 40 illik təcrübəni xatırlatdı, ölkənin problem və çətinliklərə qarşı mübarizə aparmaq üçün qeyri-adi imkanlara malik olduğunu qeyd etdi və əziz İran xalqına səsələnərək dedi: “Ölkənin imkanları çox genişdir. Ancaq mühüm olan məsul şəxslərin bu imkanları tanıması, bütün sahələrə mömin, motivasiyalı və dindar gənclərin cəlb edilməsidir”.
O, çıxışının sonunda bütün xalqa Korona ilə Milli Mübarizə Fondunun rəhbərlərinin göstərişlərini ciddiyə alıb əməl etməyi tövsiyə edib: “Bu qaydalara əsasən, dini komplekslər və pak hərəmlər tətilə çıxdı. Tariximiz boyu bunun analoqu olmamışdır. Ancaq çarə yoxdur, vəziyyət belə tələb edir”.
İslam İnqilabının Rəhbəri Allah-taalanın çox tez bir zamanda bu bəlanın İran xalqının, müsəlman xalqların və bütün bəşəriyyətin üzərindən götürəcəyinə ümidvar olduğunu deyib.