Ayətullah Xamenei: Fələstin müqaviməti sionist rejimini geri çəkilməyə məcbur etdi

Ayətullah Xamenei: Fələstin müqaviməti sionist rejimini geri çəkilməyə məcbur etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Qəzzada atəşkəs elan edildikdən sonra deyib: Xalqın səbr və dayanıqlılığı və Fələstinin müqaviməti sionist rejimini geri çəkilməyə məcbur etdi.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada atəşkəs elan edildikdən sonra KHAMENEI.IR-in sosial şəbəkələrdəki media hesabları İran İslam İnqilabının Ali Rəhbərinin buyurduğu cümləsinin mətnini müxtəlif dillərdə dərc edib.

Ayətullah Xamenei:

“Bu gün dünya anladı ki, Qəzzə xalqının səbri və Fələstin müqavimətinin mövqeyi sionist rejimini geri çəkilməyə məcbur edib.

Kitablarda yazılacaq ki, bir gün sionist dəstə minlərlə qadın və uşağı ən iyrənc cinayətlərlə qətlə yetirdi və nəhayət məğlubiyyətə düçar oldu”.

Xəbəri paylaş

VİDEOLAR