Etikaf mustəhəb ibadətlərdəndir ki, onda şəxs konkret bir müddət üçün məsciddə qalır və ibadət edir.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Mərkəzi Etikaf Qərargahının sədri bir məktub göndərərək, İslam İnqilabının Rəhbəri Ayətullah Xameneidən mənəvi etekaf mərasimində iştirak etmək niyyətində olub, hazırda bu feyzdən məhrum olan kəslərə bir tövsiyə verməyini xahiş edib.
İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu ilin etekaf mərasiminin tətil olması ilə bağlı bu mənəvi mərasimə qatıla bilməyənlərə tövsiyəsi bu olub ki, fəzilətli etikaf əməlindən məhrum olan kəslər yaxşı olardı ki, bu üç günün hər birində Həzrət Cəfər Təyyar(ə) namazını qılsınlar.
İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei həmişə rəcəb ayının 13-dən 15-dək olan Əlbeyz günlərində mənəvi etikaf mərasiminin keçirilməsinə işarə edərək, onu ürəyi saflaşdırmaq, tövbə etmək və özünü qurmaq üçün dəyərli bir fürsət adlandırıb.
Etikaf mustəhəb ibadətlərdəndir ki, onda şəxs konkret bir müddət üçün məsciddə qalır və ibadət edir.
Bu il koronavirus epidemiyasına, həmçinin bu xəstəliyə yoluxmanın qarşısını almaq məqsədilə bir yerə toplaşmaqdan çəkinmək istiqamətində məsul məcmuələrin tövsiyələri və göstərişlərinə görə, qərara alınıb ki, mənəvi etikaf mərasimi bütün ölkə boyu keçirilməsin.