Ayətullah Xamenei: Düşmənlərin ümidi boşa çıxdı

Ayətullah Xamenei: Düşmənlərin ümidi boşa çıxdı

İslam İnqilabının Rəhbəri, İran məhkəmə sisteminin sədri, bir qrup məsul şəxs və məhkəmə sisteminin işçiləri ilə görüşündə düşmənlər qarşısında dayanmağın nəticəsini qələbə və tərəqqi adlandırıb.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Ayətullah Xamenei İranın Məhkəmə Hakimiyyətinin rəsmilərini qəbul edən zaman İslam İnqilabının ilk illlərində terrora məruz qalan dövlət adamları və din alimlərini anıb.

İran İslam İnqilabının Rəhbəri deyib:

"Düşmənin ümidlərindən biri bu terror aktları nəticəsində İslam İnqilabının verdiyi itkilər və üzləşdiyi problemlər idi. Bizim dahi şəxsiyyətlərimiz və dövlət adamlarımız terror aktına məruz qalanda düşmənlərin ümidi artırdı və son 40 ildə ümid edirdilər ki, İslam İnqilabı süquta uğrayacaq. Lakin ümidləri daima boşa çıxıb. Onlar İslam Respublikasının bu qədər problemlərin altından neçə çıxdığını başa düşə bilmirlər.”

AyətullahXamenei sonra bildirib:

“Düşmənlərimiz bir zamanda müəyyən bir zəif məqamı, ya çatışmazlığı görüb, ümidvar olur, amma sonra ümidlərini kəsirdilər. Bu, dəfələrlə baş verib. Onlar bilmirlər ki, bu dünyada siyasi münasibət və hesablaşmalardan başqa bir hesablaşmalar da var. 1981-ci ilin böyük və acı hadisələri qarşısında İran xalqı və İslam Respublikası sisteminin qürur və heyrətləndirici qələbəsinin səbəbi müqavimət və səy və düşmənlərdən qorxmamaq idi. Bu İlahi sünnətdir”,- deyə İnqilab Rəhbəri əlavə edib.

İnqilab rəhbəri Allahın dininə kömək etməyin və həmçinin nemətlərə küfran etməyin nəticəsi ilə bağlı, Qurandakı ilahi adət və qanun nümunələrinə toxunaraq qeyd edib ki, Qurani-Kərim bununla bağlı mövzularla doludur. Gəlinən nəticə budur ki, əgər cəmiyyətlər düşmənlə qarşılaşsalar, Allaha təvəkkül edərək ayağa qalxıb öz vəzifələrini yerinə yetirsələr, bunun nəticəsi qələbə və tərəqqi olacaq, amma əksinə ixtilafa düşsələr və maddiyyata qərq olub zəif qalsalar, nəticə məğlubiyyət olacaqdır.

Xəbəri paylaş

VİDEOLAR