Ayətullah Xamenei: Bu irəliləyiş ABŞ-ı narahat edib

Ayətullah Xamenei: Bu irəliləyiş ABŞ-ı narahat edib

Ayətullah Seyid Əli Xamenei dünən Tehranda İmam Xomeyni (r.ə) Hüseyniyyəsində Həcc və Ziyarət Qurumunun rəsmilərini qəbul edib.

Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei dünən Tehranda İmam Xomeyni (r.ə) Hüseyniyyəsində Həcc və Ziyarət Qurumunun rəsmilərini qəbul edib.

Həcc ziyarətinin İslam ümmətini küfr, zülm, imperializm və bütlərə qarşı birləşdirdiyini deyib.

Ayətullah Xamenei deyib: "Bu böyük camiədə müsəlmanlar öz varlıqlarını və qüdrətlərini sionist rejim və imperialist güclərin təsirinə qarşı bəyan etməli, sinələrini dünya zalımlarına qarşı sipər etməlidirlər."

İnqilab Rəhbəri dünya məsələlərini və müsəlman xalqların vəziyyətini tanımaq zərurətinə toxunaraq, həcc günlərini xalqları və dünya məsələlərini tanımaq üçün gözəl fürsət kimi qiymətləndirib.

Ayətullah Xamenei "Əgər qlobal problemlərdən xəbərdar olsaq, düşmənin əsas məqsədini və müəyyən məsələlərdə israr etməsinin səbəbini anlaya bilərik. İran rəsmilərinin bir çox məsələlərdə diqqətli və düzgün hərəkət etmələri, İranın regional və qlobal məsələlərdə irəliləyişini ABŞ-ı narahat etmişdir.", -deyə bildirib.

Xəbəri paylaş

VİDEOLAR