Klinikadakı yanğında ölənlərin ailəsinə Ayətullah Xamenei başsağlığı verdi

Klinikadakı yanğında ölənlərin ailəsinə Ayətullah Xamenei başsağlığı verdi

İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei müraciət yayıb

İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei bir müraciətdə Tehranda yerləşən müalicə mərkəzlərindən birində yanğın hadisəsi nəticəsində İran vətəndaşlarından bir qrupunun həyatını itirməsi münasibətilə başsağlığı verib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, çərşənbə axşamı günü axşamçağı Tehranın şimalında yerləşən bir klinikada oksigen balonunun partlaması və yanğın nəticəsində binanın bir hissəsi dağılan və hadisə zamanı  dünyasını dəyişənlərin ailələrinə Ayətullah Xamenei başsağlığı verib.

Ayətullah Xamenei dünən bir müraciətdə məsul orqanlara tapşırıb ki, məsələni araşdıraraq, ziyan və xəsarətlərin miqdarını azaltmaq üçün lazımi tədbirlər görsünlər və belə ağır zərərlərə mane olsunlar.

"Bu hadisənin məsul orqanlar tərəfindən düzgün araşdırılması da sürətlə həyata keçirilməlidir.", -deyə o bildirib.

Qeyd edək ki, hadisə zamanı 19 nəfər həyatını itirdi, 14 nəfər isə yaralnıb.

Xəbəri paylaş

VİDEOLAR