Ayətullah Xamenei Avropada yaşayan müsəlmanlara müraciət edib - MƏTN

Ayətullah Xamenei Avropada yaşayan müsəlmanlara müraciət edib - MƏTN

İslam İnqilabının Rəhbəri Avropada təhsil alan tələbələrə müraciət ünvanlayıb

Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Təşkilatlar Alyansının əlli beşinci qurultayına ünvanladığı müraciətdə “Əsas məsələlərdə həlledici rola görə nişanı”n ölkənin abırlı gənclərinin sinəsinə taxılmasının İslam İnqilabının ən üstün fəxarətlərindən olduğunu deyib.

Rasthaber Azərbaycan xəbər verir ki, İslam İnqilabının Rəhbərinin müraciətinin mətnini Ali Rəhbərin Avropada təhsil alan tələbələrlə iş üzrə nümayəndəsi Höccətül-İslam vəl-müslimin Əhməd Vaizi bu gün səhər Alyansın bu gün keçirilən virtual qurultayında oxuyub.

Müraciətdə deyilir:

"Bismillahir Rəhmanir Rəhim

Əziz tələbələr!

Hər keçən gün ölkənin inkişafı və onun gələcəyinin sığortalanmasında gənclərin rolunun əhəmiyyəti daha çox aşkar olur. Koronavirus pandemiyası bəlası bunu bir daha sübut etdi. Ölkənin digər məsələlərində olduğu kimi, bu hadisədə də gənclərin səyləri, istək və həyəcanverici ümidləri elmi və əməli həll yollarının aparıcı qüvvəsi oldu. “Əsas məsələlərdə həlledici rola görə” nişanı ölkənin abırlı gənclərinin sinəsinə taxa bilməsi İslam İnqilabının ən yüksək qürurverici hadisələrindən biridr.

Siz əziz tələbələrdən ixtiyarınızda olan bu fürsəti qənimət bilmək, özünüzü daha çox elmi, dini və etik səlahiyyətlərlə bəzəmək, həlledici rola hazır olmaq gözlənilir. Bu istiqamətdə İslami Təşkilatlar Alyansının üzərinə daha ağır və təbii ki, qürurverici bir vəzifə düşür."

Xəbəri paylaş

VİDEOLAR