Ayətullah Xamenei: ABŞ-ın addımlarına görə bölgənin durumu bu vəziyyətdədir

Ayətullah Xamenei: ABŞ-ın addımlarına görə bölgənin durumu bu vəziyyətdədir

Ayətullah Seyid Əli Xamenei Qətərin əmiri Şeyx Təmim bin Həməd Ali-Sani və onu müşayiət edən heyəti qəbul edib.

Rasthaber Azərbaycan xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei  Qətərin əmiri Şeyx Təmim bin Həməd Ali-Sani və onu müşayiət edən heyəti qəbul edib.

Ayətullah Seyid Əli Xamenei regionun hazırkı şəraitini qeyri-münasib, sabitlik olmayanan adlandıraraq bunun səbəbini Amerika və dəstəkçilərində görüb,  bunlarla  yeganə mübarizə yolunu da, regiondaxili əməkdaşlıq olduğunu bildirib.

İnqilab lideri İran ilə Qətərin yaxşı siyasi münasibətlərinə toxunaraq,  iki ölkənin iqtisadi əlaqələri siyasi əlaqələr səviyyəsində olmadığını bildirərək, bu sahədə də  İran-Qətər əlaqələrinin inkişafının zərurətindən danışıb.

" Əlbəttə, bəziləri, xüsusən dünyanın o başından bu bölgəyə gələnlər region ölkələrinin əməkdaşlıqlarının genişlənməsini istəmirlər, lakin bu məsələnin onlara dəxli yoxdur və bölgə ölkələri və xalqları daha bu kimi əmr etmələr və müdaxilələri qəbul etmirlər.", -deyə Ayətullah Xamenei bildirib.

İran prezidenti Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə Qətərin əmiri Şeyx Təmim bin Həməd Ali-Sani İslam İnqilabının Rəhbəri ilə görüşdən böyük qürur duyduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR