İmam Rzanın (ı) mövludu münasibətilə bu məsələ qüvvəyə minib
Həzrət İmam Əli İbn Musər-Rzanın (ə) mübarək mövludu və Məhkəmə Hakimiyyəti Həftəsi münasibəti ilə İslam İnqilabının Rəhbəri müxtəlif məhkəmələrdə onlara qarşı höküm çıxarılmış 5 156 məhkumun cəzasının əfv edilməsi, azaldılması, yaxud dəyişdirilməsi təklifi ilə razılaşıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, İranın Məhkəmə Hakimiyyətinin sədri Höccətülislam Seyid İbrahlm Rəisi İmam Rzanın (ə) viladəti və Məhkəmə Hakimiyyəi Həftəsi münasibəti ilə İslam İnqilabının Rəhbərinə məktubla müraciət edib.
Məktubda məhkəmə hakimiyyətinin əfv komissiyası tərəfindən əfv şəraitinə malik olduğu müəyyən edilmiş 5 156 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunub.
Ayətullah Xamenei həmin təklifi müsbət cavablandırıb və əfv fərmanı imzalayıb.