Ayətullah Vəhid Xorasani koronavirus pandemiyası dövründə möminlərə bu məsləhətləri verib
Böyük mərcəi təqlidlərdən olan Ayətullah Vəhid Xorasani koronavirus pandemiyası dövründə insanları Allahla ünsiyyətinə diqqət etməli olduğunu bildirib.
Ayətullah Xorasaninin tələbəsi onun tövsiyələrinin sülasəsini açıqlayıb.
Bu tövsiyələri diqqətinizə çatdırırıq:
Bütün İlahi müqəddəratın xas hikmətlərlə bərabər olduğunu qəbul edək.
Həkimlərin və mütəxəssislərin tibbi və gigiyenik tövsiyələrinə əməl edək.
Məsum imamların və övliyaların, həmçinin alimlərin bu durumlarda vəzifə etdiyi işləri öyrənək.
Hər gün əlimizi ürəyimizə qoyub 7 dəfə Fatihə surəsini oxuyaq.
Hər gün Ayətəl Kürsü ayələrini qiraət edək.
"Bismillahir rəhmanir rəhim. Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la təxuzuhu sinətun və la nəvm, ləhu ma fis-səmavati və ma fil-ərz ,mən zəl-ləzi yəşfəu indəhu illa bi-iznihi, yələmu ma bəynə əydihim və ma xəlfəhum,və la yuhitunə bişəyin min ilmihi illa bima şəə ,vəsiə kursiyyuhus-səmavati vəl-ərz,və la yəuduhu hifzuhuma,və huvəl-Əliyyul-Əzim.La ikrahə fid-din,qəd təbəyyənər-ruşduminəlğəyy ,fəmən yəkfur bit-tağuti və yumin billahi fəqədis-təmsəkə bil=urvətil-vusqa,lən-fisamə ləha,vəllahu Səmiun Əlim.Əllahu vəliyyul-ləzinə amənu yuxricuhumut-tağutu yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun."
Tez-tez Bismillah deməklə yanaşı, "La Hovla və la Qüvvətə İlla Billahil Əliyyil Əzim" zikrini deyək.
Tez-tez və çoxlu istiğfar (Əstəğfirullahə və Ətubu İləyh) və tövbə ziklərini deyək və məsum imamlara salavat (Allahummə Səlli Əla Muhəmmədin və Ali Muhəmməd) göndərək.
Səhifeyi Səccadiyənin yeddinci və səkkizincu dualarını və ayrıca təvəssül dualarını oxuyaq.
Farsnews/islamazeri