Ayətullah Sistaninin fətvası Mosulun İŞİD-in əlindən xilas etdi

Ayətullah Sistaninin fətvası Mosulun İŞİD-in əlindən xilas etdi

“Həşdi Şabi” lideri Fəlih əl-Fəyyad Mosul şəhərinin İŞİD terrorçularının işğalından azad edilməsinin ildönümü münasibəti ilə çıxış edib

Rasthaber Azərbaycan Az.shafaqna.com-a istinadən xəbərə əsasən, “Həşdi Şabi” lideri Fəlih əl-Fəyyad Mosul şəhərinin İŞİD terrorçularının işğalından azad edilməsinin ildönümü münasibəti ilə çıxış edib.

O bildirib ki, rəhbərliyin fətvası və səfərbər edilmiş qüvvələrin bu şəhərin azad edilməsindəki rolu odluqca mühüm oldu. O, həmçinin İraq qüvvələrinin koordinasiya və həmrəyliyini də yüksək qiymətləndirib.

İŞİD terror təşkilatı Mosulu işğal etdikdən sonra, Ayətullah Sistani bu terror təşkilatına qarşı mübarizə məqsədi ilə Xalq Səfərbərlik Qüvvələrinin yaradılmasının mühümlüyünü qeyd edən fətva verdi.

“Həşdi Şabi” başçısı İraqın öz hakimiyyət, ordu, səfərbərlik qüvvələri və şəhidlərinə bel bağlayaraq vahid və müzəffər qalacağına ümidini ifadə edib.

Xatırladaq ki, İŞİD terror təşkilatı 2014-cü il 10 iyunda Mosul şəhərini işğal edib. Şəhər 2017-ci il 10 iyulda terrorçulardan tam şəkildə azad edilib.

Xəbəri paylaş

VİDEOLAR