Ayətullah Sistaninin təmsilçisi Əhməd Safi bu mesajı cümə namazı xütbəsində oxuyub.
Rasthaber Azərbaycan xəbər verir ki,İraqın mərcəi təqlid müctehidi və nüfuzlu söz sahibi Ayətullah Sistani, İraqın suverenliyini hər hansı bir bəhanə altında pozulmasının bir səbəbi olmadığını bildirib.
Ayətullah Sistaninin təmsilçisi Əhməd Safi bu mesajı cümə namazı xütbəsində oxuyub.
Mesajda İraq vətəndaşlarının hər hansı bir diqtə və xarici təzyiqə baxmadan fikirlərini və mövqelərini sivil yollarla və İraqın suverenliyini mühafizə çərçivəsində ifadə etməkdə azad olduqlarını önə çəkilib.
Əhməd Safi “İraq xalqının təsirli bir islahat istədiyini bildirərək, mövcud durumun daha çox sürəcəyi halında iraqlıların acılarının artması, İraqda qeyri-sabitlik və təhlükəsizliyin pozulması davam edəcəyini deyib.
Ayətullah Sistani bütün siyasi qrupları İraqın qarşı qarşıya olduğu təhdid və çətinlikləri anlamağa çağırıb, bütün cərəyanların və qrupların bu mövzuda ortaq bir mövqe sərgiləmələrini istəyib.