Ayətullah Sistanidən camaat namazı fətvası - Koronavirusla bağlı

Ayətullah Sistanidən camaat namazı fətvası - Koronavirusla bağlı

Ayətullah Seyid Sistani İraqda camaat namazının qılınması ilə bağlı açıqlama verib

Rasthaber Azərbaycan xəbər verir ki, İraqda şiə müsəlmanların ən böyük mərcəi təqlid müctehidi olaraq bilinən Ayətullah Seyid Sistani yeni növ COVİD 19 – koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bəzi yerlərdə “camaat namazının qılınmaması” ilə bağlı qadağalara əməl edilməsilə bağlı fətva verib.

Ayətullah Seyid Sistani İraqda camaat namazının qılınmasının hökmülə bağlı ona ünvanlanan suala cavab olaraq “camaatla namaz qılınmasının qadağan olunduğu bölgələrdə bu qadağaya əməl edilməsi lazımdır”, - deyə bildirib.

Ayətullah Sistani social media hesabında paylaşılan fətvada deyilir: “Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bu cür toplaşmaq yasaqlandığı yerlərdə, bu qadağa və qabaqlayıcı tədbirlərə əməl olunmalı və ciddiyə alınmalıdır.

Qeyd edək ki, İraq səhiyyə qurumları ilk olaraq 24 fevralda bu ölkədə koronavirusa yoluxma halını açıqlamışdı.

Məlumata görə, bu günə qədər yoluxma 73-ə çatmaqla yanaşı, xəstəlikdən 7 nəfər ölüb, 7 nəfər isə sağalıb.

Xəbəri paylaş

VİDEOLAR