Ayətullah Sistanidən ABŞ-ın "Haşdi Şabi" mövqelərinə hücumlarına etiraz

Ayətullah Sistanidən ABŞ-ın

Ayətullah Seyid Sistani ABŞ-ın İraqda “Haşdi Şabi” qərargahlarına hücumunu tənqid edib

Rasthaber Azərbaycan xəbər verir ki, İraqın böyük mərcəi təqlid müctehidi və nüfuzlu din alimi Ayətullah Seyid Sistani ABŞ-ın İraqda “Haşdi Şabi” qərargahlarına hücumunu tənqid edib.

İraq mediasında yayımlanan xəbərə görə, Ayətullah Seyid Sistaninin ofisi bazar ertəsi günü ABŞ Ordusunun əl-Anbarda “Haşdi Şabi”yə aid bazaların ABŞ Ordusu tərəfindən bombalanması haqqında açıqlama yayıb.

Açıqlamada ABŞ-ın Qərbi İraqda əl-Qaimdə yer alan “Haşdi Şabi” qərargahını bombalanmasına etiraz ifadə olunub.

Verilən açıqlamada “İraqın rəsmi qurumları, ABŞ-ın hücumlarına etiraz etməli və bunların qarşısını almaq üçün tədbirlər həyata keçirməlidirlər.”

Ayətullah Sistaninin ofisi, İraqın suverenliyinə hörmət olunması və bəzi bəhanələrlə pozulmamasının vacibliyi ifadə edilib.

İraq hökümətindən ölkəni reqional və beynəlxalq qarşıdurmanın mərkəzi və başqalarının müdaxiləsi üçün bir döyüş sahəsinə çevirilməməsi üçün səy göstərməsi istənilib.

29 dekabrda ABŞ İraqda “Haşdi Şabi” qüvvələrinə hücum həyata keçirmişdi.

Xəbəri paylaş

VİDEOLAR