Ayətullah Sistani: Livan xalqının yanındayıq

Ayətullah Sistani: Livan xalqının yanındayıq

Ayətullah Sistaninin Livana qarşı vəhşi hücumlara reaksiyası

Az.rasthaber.com xəbər verir ki, İraq şiələrinin dini lideri Ayətullah Sistaninin dəftərxanası sionist rejimin Livana vəhşicəsinə hücumlarına cavab olaraq bəyanat yayıb.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

“Biz İsrailin çoxsaylı cihazları partlatmasına, mülki vətəndaşları, qadınları və uşaqları öldürməsinə, yaşayış məntəqələrinə hücumlarına məruz qalan Livan xalqının yanındayıq. Davam edən bu vəhşi hücumun dayandırılması və Livan millətinə dəstək üçün səy göstərilməli olduğu vurğulanır və möminlərdən Livan xalqının əziyyətini azaltmağa və üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışmaları istənilir. Uca Allahdan onları sağ-salamat, fasiqlərin şər və hiylələrindən qoruması üçün dua edir, şəhidlərə rəhmət və rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik”.

Xəbəri paylaş

VİDEOLAR