Böyük mərcei-təqlid Ayətullah Əli Sistaninin nümayəndəsi Seyid Hüseyn əl-Nuri Nəcəfdə, ölkədə baş verən son hadisələrdə həyatını itirənlər üçün keçirilən əzadarlıq məclisində iştirak edib.
Az.rasthaber.com Mehr-ə istinadən xəbər verir ki, Seyid Hüseyn əl-Nuri bildirib ki, Ayətullah Sistani İraqda baş verən hadisələrdən son dərəcə qəmgindir.
Seyid Hüseyn əl-Nuri daha sonra, Ayətullah Sistaninin İraqda baş verən son hadisələrdən narazı olduğunu və bu biabırçı hərəkətləri pislədiyini qeyd edib.