Bunu İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei İraqın baş naziri əl-Kazimini qəbul edərkən deyib
Rasthaber Azərbaycan xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei İraqın baş naziri əl-Kazimini qəbul edərkən İslam Dünyasının Böyük mərcəiyyəti olan Ayətullah Seyid Sistanidən də söz açıb. O Ayətullah Sistaninin İraq üçün böyük bir nemət olduğunu bildirib.
“Mərceyi-təqlidlər və şəxsən Ayətullah Sistanin İraq üçün böyük bir nemətdir.”, – deyə Ayətullah Xamenei qeyd edib.
“Əlbəttə, İran və İraq arasındakı əlaqələrin inkişafına qarşı olanlar var və onların başında Amerika durur. Lakin ABŞ-dan qətiyyən qorxmaq lazım deyil, çünki heç bir qələt edə bilməz. Amerikalılar çətinliklər və narahatlıqlar yaradırlar. Lakin İraq dövləti bu çətinliklərə baxmayaraq öz yolunu tam güclə davam etdirməlidir və xalqı öz hamisi kimi qorumalıdır”, -deyə Ayətullah Xamenei bildirib.
Ayətullah Xamenei daha sona deyib: “Həşdi-Şəbi də İraq üçün qorunması vacib olan digər böyük nemətdir”.