Ayətullah Sistani Ayətullah Xameneiyə başsağlığı verdi
İslamazeri.com-un IRIB-ə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Sistani İranın Ali lideri Ayətullah Xameneiyə general Qasim Süleymaninin qətlə yetirilməsi ilə bağlı başsağlığı verib.
"Bağışlayan və mehriban Allahın adı ilə! Allahdan gəlmişik, Allaha da qayıdacağıq!
Cənab çox hörmətli Ayətullah ağa Xamenei, əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuh.
Yüksəkrütbəli sərdar ağa Hacı Qasim Süleymaninin şəhadət xəbəri, - Allah rəhməti ona olsun, - təəssüf və böyük qəmə səbəb oldu. Onun İŞİD-lə mübarizədəki və digər zəhmətləri unudulası deyil.
Mən o böyük şəhidin itkisi ilə əlaqədar (siz) zati-alilərinə və onun hörmətli övladlar və yaxınlarına və İranın bütün möhtərəm xalqına bu münasibətlə başsağlığı verirəm. Allahdan o mərhum və xoşbəxt şəxsə dərəceyi-ali və onun qohumlarına səbir diləyirəm.
Qüdrət və güc yalnız uca və əzəmətli Allahdandır!