Ayətullah Seyid əl-Həkim vəfat edib

Ayətullah Seyid əl-Həkim vəfat edib

Ayətullah əl-Uzma Seyid Məhəmməd Səid əl-Həkim haqqın dərgahına qovuşub.

İraqın Nəcəf mərcəi təqlid müctehidlərindən olan Ayətullah əl-Uzma Seyid Məhəmməd Səid əl-Həkim haqqın dərgahına qovuşub.

Rasthaber Azərbaycan xəbər verir ki, bu gün Məhərrəm ayının 25-i, cümə günü mərcəi təqlid müctehidlərindən olan Ayətullah əl-Uzma Seyid Məhəmməd Səid əl-Həkim Nəcəf şəhərində 87 yaşında vəfat edib.

Ayətullah əl-Həkim 1934-cü ildə Nəcəf şəhərində dünyaya gəlib və Səid Tabatabai, on dördüncü əsrin dini mərcəsi Seyid Mohsin əl-Həkimin nəvəsidir.

Dini təhsilə uşaq olarkən başlayıb və Seyid Möhsin Həkim və Seyid Qasim Xoyinin tələbəsi olub.

Səddam Hüseyn rejimi dönəmində səkkiz il həbs olunub, Seyid Qasim Xoyinin vəfatından sonra mərcə kimi tanınıb.

Xəbəri paylaş

VİDEOLAR