Ayətullah Məkarim Şirazi Şeyx Zəkzakinin ailəsini qəbul edib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Məkarim Şirazi Nigeriya İslami Hərəkatının lideri Şeyx Zəkzakilə bağlı danışıb.
O bildirib ki, Nigeriya hökuməti bu ölkənin islami hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki barədə məsuliyyətlə hərəkət etməli və Şeyx Zəkzakiyə qarşı zülmə son qoymalıdır.
Dünən axşam Şeyx İbrahim Zəkzakinin ailə üzvlərilə görüşdə Ayətullah Məkarim Şirazi böyük din aliminin şəxsiyyətini yüksək qiymətləndirirərək, onun altı övladını İslama fəda edən qəhrəman və mübariz şəxsiyyət adlandırıb.