Böyük islam alimlərindən və Qumun keçmiş İmam Cüməsi olmuş alimin çox sayda kitabı da var idi
Rasthaber Azərbaycan xəbər verir ki, İslam Dünyasının böyük din alimlərindən olan Ayətullah İbrahim Əmini Nəcəfabadi dünyasını dəyişib.
26 iyun 1925-ci ildə İranın Nəcəfabad şəhərində dünyaya gələn və "Ədalət Günəşi", "Xanım Fatimə", "Uşaq tərbiyəsi" kimi çox sayda kitabları olan alim Qum şəhərinin İmam cüməsi olmuş, Xobreqan məclisinin üzvü idi.
Allah rəhmət etsin!