Bəhreyn şiələrinin rəhbəri Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimətə Liderləri Birlikdə” adı ilə online canlı yayım proqramında çıxış edib
Rasthaber Azərbaycan xəbər verir ki, Bəhreyn Müqaviməti və İslamçılarının lideri Ayətullah İsa Qasim Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimətə Liderləri Birlikdə” adı ilə onlina canlı yayım proqramında çlxlış edib.
O da Bəhreyn xalqının Sionist rejimə qarşı müqavimət güclərinin yanında olduğunu bildirib.
Ayətullah İsa Qasim Beynəlxalq Qüds Gününün İslam ölkələrinin vəhdəti üçün lazım olduğunu qeyd edərək “İsrail ilə ittifaq qurmaq istəkləri İslam düşmənlərinə xidmətdir.”, deyib.
Bəhreyn şiələrinin lideri bəzi ölkələrin İsrail ilə əlaqələri normallaşdırmaq üçün medianı istifadə etdiyini qeyd edərək, bu mövqedə olan ölkələri belə işlərdən vaz keçməyə çağırıb.
Ayətullah İsa Qasim “Bəhreyn milləti, İsrailin etdikləri cinayətləri bilir və sionist rejiminə qarşı mübarizə edən müqavimət güclərinin yanındadır”, -deyə önə çəkib.