Avstriyada hicaba qarşı çıxan bağça cərimələndi

Avstriyada hicaba qarşı çıxan bağça cərimələndi

Avstriyada müsəlman pedaqoq işəqəbul zamanı üzləşdiyi diskriminasiyaya görə uşaq bağçasını şikayət edərək təzminat alıb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, uşaq bağçasında assistent təcrübəsinə malik 19 yaşlı müsəlman xanım məktəbəqədər uşaq təsisatında təcrübəçi qismində işləmək istəyirdi.

Lakin qəbul zamanı işəgötürən tərəfindən islamofob rəftarla üzləşib – iş müsahibəsi zamanı onu hicabını açmağa razı salmağa çalışıblar.

Nəticədə o, bağçada işə düzələ bilməyib.

Vətəndaşların işləri üzrə Vyana məhkəməsi müsəlman xanımın lehinə qərar çıxarıb və bağçanı 2000 avro məbləğində təzminat ödəməyə məcbur edib.

Xəbəri paylaş

VİDEOLAR