Avropalıların İran əleyhinə bəyanatlarına Çindən CAVAB

Avropalıların İran əleyhinə bəyanatlarına Çindən CAVAB

Çin rəhbərliyi İngiltərə, Fransa və Almaniyanın "E3" adlı birgə bəyanatına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin İngiltərə, Fransa və Almaniyanın "E3" adlı birgə bəyanatına reaksiya verib.

Birgə bəyanatı izlədiklərini qeyd edən Vanq Venbin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müvafiq müddəalarının düzgün qiymətləndirilməsinin və tam icrasının qətnamənin səlahiyyəti və effektivliyi ilə bağlı olduğunu vurğulayıb.

2231 saylı qətnamənin əsasının İranın hərtərəfli nüvə razılaşmasının yerinə yetirilməsi olduğuna işarə edən Vanq, deyib:

"İranın nüvə probleminin həllində ən böyük maneə ABŞ-ın sazişdən birtərəfli qaydada çıxması və İrana həddindən artıq təzyiq göstərməsidir.

İran əks tədbirlər gördü. Hazırda ən aktual vəzifə ondan ibarətdir ki, iştirak edən tərəflər dialoq və danışıqlar yolu ilə hərtərəfli sazişin tam və səmərəli yerinə yetirilməsini təmin etsinlər".

Xəbəri paylaş

VİDEOLAR