Avropa sərhədləri bir yerdə açacaq

Avropa sərhədləri bir yerdə açacaq

Avropa Komissiyası vurğulayır ki, Avropa İttifaqının bütün dövlətləri bu məsələdə əlbir hərəkət etməlidirlər.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki,  Avropa Komissiyası yay məzuniyyətləri mövsümünün təhlükəsizliyinin təmin edilməsi məqsədilə 15 mayda Aİ-nin daxili sərhədlərinin tezliklə açılması barədə məsələnin nəzərdən keçirilməsini təklif edib.

  Rəsmi Brüsselin fikrincə, xarici sərhədlər hələlik bağlı saxlanılmalıdır. Belə ki, Avropanı təkrar virus ocağının yaranmasına məruz qoymadan Aİ daxilində yay məzuniyyətləri mövsümünün keçirilməsinin təmin edilməsi çağırışları getdikcə daha ucadan səslənir. Avropa Komissiyası turizm və nəqliyyat üzrə tövsiyələr paketini baxılması üçün Avropa Parlamentinə təqdim edərkən məhz bu məqsədi güdüb.

  Siyasətçilər hesab edirlər ki, lokdaun və karantin insanlarda psixoloji gərginlik yaradıb, onlara bu gərginlikdən çıxmaq, psixoloji rahatlıq lazımdır. Lakin təhlükəsizlik və gigiyena tədbirlərinə əvvəlki kimi ciddi riayət olunmalıdır.

  Bundan əlavə, Avropa Komissiyası vurğulayır ki, Avropa İttifaqının bütün dövlətləri bu məsələdə əlbir hərəkət etməlidirlər.

Xəbəri paylaş

VİDEOLAR