Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM, Avropa Məhkəməsi -red.) "Ramil Səfərov işi" ilə bağlı Azərbaycanın əleyhinə qərar çıxarıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM, Avropa Məhkəməsi -red.) "Ramil Səfərov işi" ilə bağlı Azərbaycanın əleyhinə qərar çıxarıb.
Qərarda göstərilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının "yaşamaq hüququ" (2-ci maddə) və "etnik ayrı-seçkiliyin qadağan olunması" (14-cü maddə) maddələrini "pozub".
Qərarın qısa əsaslandırılmasında deyilir ki, "Azərbaycan etnik nifrət cinayətinə görə xaricdə həbs olunmuş və qaytarıldıqdan sonra əfv olunmuş, vəzifəsi artırılmış və müavinət verilmiş zabitinin həbs cəzasının icrasını əsassız icra etməyib. Zabitin hərbi vəzifəsinin qaldırılmasının və ona müəyyən müavinət verilməsinin qanuni bazası yoxdur. Yaşamaq hüququna qarşı törədilmiş cinayətlərdə cəzasızlığın olması dövlətin belə cinayətlərin qarşısını effektiv şəkildə almaq öhdəliyinə uyğun deyil."
Qərarda həmçinin deyilir ki, Macarıstanın zabitin Azərbaycana göndərməsində heç bir prosedur qaydanı pozmayıb. Prosedur Avropa Şurası Konvensiyasının məhbusların mübadiləsi qaydasına uyğun olub. Macar rəsmilərinin məhbusun Azərbaycana qayıdandan sonra sərbəst olacağı barədə bildiyi və ya bilməsi gərəkdiyi barədə məlumat yoxdur. Macarıstanda cinayət araşdırmasının qüsurlu aparılması ilə bağlı kifayət qədər dəlil yoxdur.
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri üzrə sektor müdiri Çingiz Əsgərov BBC News Azərbaycancaya bildirib ki, "qərarın şərh edilməsi hələ tezdir".
"Qərarı müzakirə edcəyik. Azərbaycan burada tərəflərdən biridir. Qərar Azərbaycanı qane etməsə bundan Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına şikayət verə bilər", - Çingiz Əsgərov deyib.
Qərara əsasən, Azərbaycan ərizəçilərə xərclərə görə 31 min 600 manat ödəməlidir.
Qərar Ermənistandan olan iki şikayətçi - qətlə yetirilmiş Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı verdiyi şikayət əsasında verilib.