Koronavirusla mübarizə üçün Avropa İttifaqı (Aİ) İrana 200 milyon avro humanitar yardım ayırıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.
Onun sözlərinə görə, İran və Venesuelanın koronavirusla mübarizə məqsədilə Beynəlxalq Valyuta Fondundan maliyyə yardımları almaq üzrə tələblərini dəstəkləyir.
Borrel dünən videokonfransında ABŞ-ın sanksiyaları şəraitində İran və Venesuelaya dərman yardımlarının göstərilməsi vacibliyini vurğulayıb.
Borrel bildirib ki, qarşıdakı həftələrdə İran və Venesuelaya 200 milyon avro dəyərində zəruri əmtəə malları göndəriləcək.
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İran və Venesuelanın başlıca olaraq, Amerikanın sanksiyaları üzündən çətin vəziyyətdə olduqlarını bildirib. O, bu ölkələrlə qida maddələri və dərmana şamil olan humanitar həmkarlıqlar və ticarət mübadilələrinin həyata keçirilməsini mühüm adlandırıb.
Borrel bir daha, koronavirusla mübarizədə sürətli maliyyə imkanlarından istifadə etmələri üçün Beynəlxalq Valyuta Fondunun bu beynəlxalq orqana üzv digər ölkələr kimi İran və Venesuela ilə eyni həmkarlığa malik olmasını qeyd edib.
İranın Mərkəzi Bankının müdiri Əbdulnasir Hemməti son zamanlar bildirdi ki, koronavirusla mübarizə istiqamətində Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyevaya məktubda İranın həmin fonddan 5 milyard dollar məbləğində sürətli yardım almaq üçün müraciət edib.
Eyni zamanda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Beynəlxalq Valyuta Fondundan istəyib ki, koronavirusla mübarizə üzrə xas şəraitə görə, İrana sürətli yardım göstərsin.