Avropa İttifaqı (Aİ) tərəfindən işğalçı İsrail rejiminin 2 nazirinə qarşı sanksiyalar tətbiq edilə bilər.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər üzrə Ali Komissarı Jozep Borrel bildirib.
O, sionistlərin "milli təhlükəsizlik naziri" İtamar Ben-Qvir və "maliyyə naziri" Bezalel Smotriçə qarşı sanksiyaların tətbiq edilməsi təklifi ilə çıxış edib.
Qeyd edilir ki, bu iki "nazir" anti-Fələstin açıqlamaları ilə nifrət yayır və insan hüquqlarının pozuntusuna yol verir.
Həmçinin Ben-Qvir və Smotriçin Aİ-dəki aktivlərinin dondurulması və onların Aİ ərazisinə girişinin qadağan edilməsi də təklif edilib.
Bildirilib ki, bu, yalnız bir təklifdir, onun qəbul edilib-edilməyəcəyi isə hələ məlum deyil.